QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Rusiya artıq vasitəçi deyil, cavabdeh tərəfdir"

© Sputnik / Murad OrujovErməni deputat Xosrov Arutyunyan
Erməni deputat Xosrov Arutyunyan - Sputnik Azərbaycan
Abunə olmaq
Xosrov Arutyunyan: "Mən burada sülh paradiqmalarını görmürəm"

BAKI, 1 iyun — Sputnik. "Bu şərtlər altında konstruktiv danışıqlar aparmaq mümkün deyil. Ötən 22 il ərzində Azərbaycan ancaq silahlanıb. Biz hansı sülh paradiqmalarından danışa bilərik ki, Azərbaycan deyir, "ya Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qayıtmalıdır, ya da müharibə olacaq"?. Mən burada sülh paradiqmalarını görmürəm".

Politoloq Tofiq Abbasov - Sputnik Azərbaycan
QARABAĞ
"Biz erməniləri təbrik edəcəyik, amma..."

Bu fikri Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsündə, erməni deputat Xosrov Arutyunyan deyib.

"Rusiya artıq vasitəçi deyil, cavabdeh tərəfdir. Bakı deməlidir ki, mən artıq silahlanmanı dayandırıram, müharibə aparmayacam, gəlin danışaq. Bəyəm siz elə yüksək şərtlər təklif edirsiz ki, Qarabağdakı ermənilər yenidən Azərbaycanın tərkibində yaşamağa razı olsunlar?!", — deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün Sputnik Azərbaycanın təşəbbüsü ilə "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda Bakı-Moskva-Yerevan videokörpüsü keçirilir.

Videokörpüdə Bakıdan politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov, politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Tofiq Abbasov, Yerevandan Ermənistan parlamentinin deputatı Xosrov Arutyunyan, politoloq, Ermənistan parlamentinin deputatı Tevan Poqosyan, Moskvadan filosof-antropoloq, fəlsəfə elmləri namizədi, "Rusiya bu gün" Beynəlxalq İnformasiya Agentliyinin Zinovyev klubunun üzvü Vladimir Lepexin iştirak edirlər.

Xəbər lenti
0