CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qloballaşma dövründə milli özünəməxsusluğun qorunması elmdən keçir"

© Sputnik / Irade Celılİnternat məktəbində Respublika gününə həsr olunmuş "Elm Öyrənək" adlı tədbir keçirilib
İnternat məktəbində Respublika gününə həsr olunmuş Elm Öyrənək adlı tədbir keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
İnternat məktəbində Respublika gününə həsr olunmuş "Elm Öyrənək" adlı tədbir keçirilib. Məktəbə bədii və elmi mövzularda yüzlərlə kitab və jurnal hədiyyə edilib.

İradə CƏLİL, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Mayın 28-də Şüvəlanda 4 saylı respublika xüsusi internat məktəbində Respublika gününə həsr olunmuş "Elm Öyrənək" adlı tədbir keçirilib. Sputnik xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəfa Seyidova, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı tarixi dövrə nəzər salıb. O müstəqil respublikamızın AXC-nin varisi olduğunu vurğulayıb.

"Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlıq mübarizəsinin nəticəsi idi. Bu respublika mövcud olduğu qısa müddətdə demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirib", — deyə V. Seyidova bildirib.

© Sputnik / Irade CelılTədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəfa Seyidova, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı tarixi dövrə nəzər salıb. O müstəqil respublikamızın AXC-nin varisi olduğunu vurğulayıb
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəfa Seyidova, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı tarixi dövrə nəzər salıb. O müstəqil respublikamızın AXC-nin varisi olduğunu vurğulayıb - Sputnik Azərbaycan
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəfa Seyidova, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı tarixi dövrə nəzər salıb. O müstəqil respublikamızın AXC-nin varisi olduğunu vurğulayıb

Daha sonra Qadın Jurnalistlər Assosasiyası tərəfindən internat məktəbinə müxtəlif çeşidli bədii və elmi mövzularda yüzlərlə kitab və jurnal hədiyyə edildi. Layihənin təşəbbüskarı, Qadın Jurnalistlər Assosasiyasının sədri Sevil Yusifova "Elm Öyrənək" layihəsi çərçivəsində internat məktəbinə kitab və jurnalların hədiyyə olunmasının zərurətindən danışaraq, hazırki qloballaşma dövründə milli özünəməxsusluğun qorunmasının məhz elm öyrənməkdən keçdiyini qeyd etdi. S. Yusifova Türkiyə səfirliyinin dini müşavirliyinin bu layihəyə dəstək verməsinə görə də öz təşəkkürünü bildirdi.

Tədbirdə hüquqşünas Səməd Vəkilov, Azrbaycan Televiziyasının "Telefilm" Yaradıcılıq Birliyinin müavini, tətqiqatçı jurnalist Ənvər Çingizoğlu, professor Seyfəddin Rzasoy, Azərbaycan Cümhuriyyətinin hərbi müşaviri, İsmayıl xan Ziyadxanlının nəvəsi, hazırda Stokholmda yaşayan, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Ziyadlı və KİV nümayəndələri iştirak edirdilər. Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdi.

Xəbər lenti
0