CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyyar "ASAN xidmət" Ağdama yola düşdü

© sputnik.azAsan Xidmət
Asan Xidmət - Sputnik Azərbaycan
Abunə olmaq
Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsidir

BAKI, 1 iyun — Sputnik. 1-30 iyun tarixlərində Səyyar ASAN xidmət Ağdam rayonunda sakinlərə səyyar formada xidmət göstərəcək. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Asan Xidməti - Sputnik Azərbaycan
Dörd rayonda ASAN xidmət göstəriləcək

Bu xidmətlərə aşağıdakılar daxildir:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
• Əmək pensiyalarının təyin edilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər lenti
0