Ərdoğan: “Rusiya bizdən hansı ilk addımı gözləyir, anlamıram”

© REUTERS / Murat CetinmuhurdarПрезидент Турции Реджеп Тайип Эрдоган
Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədən üzr və dəyən ziyanın ödənməsini gözlədiklərini bildirib.

BAKI, 31 may — Sputnik. “Məni maraqlandıran məsələ budur ki, bizdən hansı ilk addımı gözləyirlər? Bunu anlamaqda çətinlik çəkirəm”.  

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya rəhbərliyinin münasibətlərin bərpası üçün ilk addımı Türkiyənin atmasının vacibliyi barədə açıqlamalarına münasibət bildirərkən deyib. O, Türkiyənin müttəhimlər kürsüsündə əyləşən bir ölkə olmadığını söyləyib: “Hörmətli Putinlə münasibətlərimizin çox fərqli bir səviyyədə olduğu, iki yaxın dost münasibətlərinin mövcudluğu şəraitində bir pilotun səhvinə görə Türkiyə kimi bir dostu fəda etmələri çox düşündürücüdür. Ümid edirəm ki, bu problem tezliklə həll olunar və Türkiyə ilə Rusiya son 10 il ərzində atdıqları addımları yenidən atarlar”.     

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədən üzr və dəyən ziyanın ödənməsini gözlədiklərini bildirib. 

Xəbər lenti
0