CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyada 46 milyon insan kölə kimi yaşayır

© yaplakal.comKölə uşaq
Kölə uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda ən çox kölə Hindistanda yaşayır. İki il əvvəlki statistika ilə müqayisədə kölələrin sayı yüzdə 28 faiz artıb. Hazırda Hindistanda 18.3 milyon nəfər məcburi kölədir.

BAKI, 31 may — Sputnik. Avstraliyanın Walk Free dərnəyinin araşdırmalarına görə, dünyada 45.8 milyon insan hazırda kölə kimi yaşayır. 

Walk Free-nin 167 fərqli ölkədə, 53 dildə aparılan 42 min nəfərin dindirilməsi nəticəsində hazırladığı 2016-cı ilin Planetin Köləlik İndeksi açıqlanıb. 

Bu indeksə görə, insan alveri, məcburi əmək, borc əsarəti, məcburi evlilik və cinsi istismar yoluyla kölələşdirilən 45.8 milyon insanın üçdə ikisi Asiya-Sakit Okean regionunda yaşayır. 

Hazırda ən çox kölə Hindistanda yaşayır. İki il əvvəlki statistika ilə müqayisədə kölələrin sayı yüzdə 28 faiz artıb. Hazırda Hindistanda 18.3 milyon nəfər məcburi kölədir. 

Hindistanın ardınca 3.9 milyon köləylə Çin, 2.1 milyon nəfərlə də Pakistan gəlir.

Banqladeş 1.5 milyon nəfərlə dördüncü, Özbəkistan 1.2 milyon kölə ilə beşinci sırada yer alır.

İndoneziyada 736 min, Myanmarda 515 min və Malayziyada 129 min insanın kölə olduğu bildirilir. 

İndeksə əsasən, əhalisinin sayına görə, ən çox köləlik faizinin müşahidə edildiyi ölkə isə Şimali Koreyadır. Şimali Koreya əhalisinin yüzdə 4.37%-i kölə kimi yaşayır.

Dərnəyin rəhbəri Endryu Forrest (Andrew Forrest), insan alverinə və modern köləliyə son qoymaq üçün daha qəti addımlar atmaq lazım gəldiyini söyləyib. 

Forrest deyib: "Hökumət, biznes aləmi və qeyri-hökumət təşkilatlarının bu məsələdə ciddi rola malik olduğuna inanıram. Güc, inam, qətiyyət və müştərək iradədən düzgün istifadə edərək köləliyi sona çatdıra bilərik”

Modern köləlik bir nəfərin təhdid və zorakılıqla işləməyə məcbur edilməsi, istismarı mənasını daşıyır. BMT-nin İnsan Ticarəti Protokolu çərçivəsində 124 ölkə insan alverini cinayət hesab edir. 

Walk Free dərnəyi 2012-ci ildə modern köləlik və insan alverinə diqqəti cəlb etmək üçün avstraliyalı milyarder, mədənçi Endryu Forrest tərəfindən qurulub. 

Xəbər lenti
0