CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bu, vətəndaşlara qarşı soyğunçuluqdur"

© azadliq.orgƏli Məsimli
Əli Məsimli - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Məsimli: "Bəzi banklar borclu insanlara zamin duranların nəinki maaşlarını, hətta ailə başçısını itirən ailələrin müavinətlərini də almağa başlayıb"

BAKI, 31 may — Sputnik. "Son zamanlar bizə daxil olan məktubların içərisində bank sistemində müsbət meyllər, insanların borclarının qaytarılmasında müəyyən dərəcədə köməkliklərlə yanaşı, nə qanuna, nə də insanlığa uyğun olan ciddi bir məsələ var. Bəzi banklar artıq insanların yüksək faizlər vasitəsilə vəsaitlərini ələ keçirəndən sonra onların daşınan və daşınmaz əmlaklarını ələ keçiriblər".

Manat - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Əmanətləri qaytara bilməyən banklara qarşı tədbir görülməlidir"

Sputnik xəbər verir ki, millət vəkili Əli Məsimli, parlamentin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib. O bildirib ki, həmin banklar sonralar borcluların maaşlarını da ələ keçiriblər: "İndi isə həmin insanlara zamin duranların nəinki maaşlarını, hətta ailə başçısını itirən ailələrin müavinətlərini də almağa başlayıblar. Bu, nə qanuna, nə də insanlığa uyğundur. Dünya təcrübəsində belə bir şey yoxdur".

"Bu məsələ məhkəməyə gedəndə Azərbaycan məhkəmələri 50 faizdən artıq vəsaitin tutulmasına imkan vermir, yaşayış minimumundan o yana tutulması mümkün deyil. Amma bəzi banklar artıq bu cür addımlar atır. Bunun bir adı var — soyğunçuluq. Ona görə də aidiyyəti qurumlar bank sistemində olan bu cür naqisliklərin aradan qaldırılması üçün ciddi tədbirlər görməlidir", —deyə millət vəkili qeyd edib.

Xəbər lenti
0