BAKI, 31 may — Sputnik. Rusiyanın Kemerovo əyalətində yaşayış binasının blok hissəsi çöküb. Sputnik Ria-ya istinadən xəbər verir ki, beşmərtəbəli binanın blokunun tam çökməsi nəticəsində üç nəfər yaralanaraq xəstəxanaya aparılıb. Onlardan biri dünyasını dəyişib.
Xəbərə görə, hadisə yerinə əlavə xilasedicilər gəlib və xilasetmə işləri davam edir. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da əraziyə gəliblər.