ELM

"12-13 faizlə təhsil kreditlərinin alınması əlverişli olmaz"

© unipage.netAli təhsil
Ali təhsil - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Şərifov: "Təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə əlaqədar həm Təhsil, həm də Maliyyə nazirlikləri tərəfindən müəyyən işlər aparılır"

BAKI, 31 may — Sputnik. "Təhsil kreditləri ilə bağlı hələ ki hər hansı konkret məlumat verə bilmərəm. Bu gün ölkədə olan iqtisadi durum ilə əlaqədar, əsasən də inflyasiyanın bir qədər yüksək olduğunu nəzərə alsaq, yəqin ki, 12-13 faizlə təhsil kreditlərinin alınması əlverişli olmaz".

Sputnik xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov, Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. "Hesab edirik ki, bu məsələyə biz gələn il də qayıda bilərik", — nazir qeyd edib.

S. Şərifovun sözlərinə görə, təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə əlaqədar həm Təhsil, həm də Maliyyə nazirlikləri tərəfindən müəyyən işlər aparılır: "Yaxın gələcəkdə ola bilsin ki, payız sessiyasında biz müvafiq məlumat vermək iqtidarında olacağıq".

Xəbər lenti
0