CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiyalar yeni qaydada hesablanacaq

© AZƏRTACMaliyyə naziri Samir Şərifov
Maliyyə naziri Samir Şərifov - Sputnik Azərbaycan
Abunə olmaq
Pensiya kapitalının formalaşması ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Qanunun əsas məqsədi odur ki, pensiyalar yığılmış pensiya kapitalı üzərində formalaşsın.

BAKI, 31 may — Sputnik. "Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi pensiya islahatı konsepsiyasına uyğun olaraq müvafiq qanun layihəsi artıq hazırlanıb. Hesab edirik ki, yaxın zamanda Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunacaq və bundan sonra isə həmin qanunun parlamentə təqdim edilməsi gözlənilir".

Bankomat - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Gələcəkdə pensiyaçılara ödəməyə pul tapılmayacaq

Sputnik xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə çıxışı zamanı deyib. Nazir bildirib ki, həmin qanunun əsas məqsədi odur ki, pensiyalar yığılmış pensiya kapitalı üzərində formalaşsın. Yəni, hər kəs qazandığı vəsait hesabına özünə layiqli bir pensiya kapitalını toplaya bilsin.

"Diplomatlara gəldikdə, vaxtilə Maliyyə Nazirliyi tərəfindən onların pensiyalarının hesablanması üçün Xarici İşlər Nazirliyinə xüsusi qaydalar təklif olunmuşdu. Təklif olunurdu ki, xaricdə çalışan zaman onların əmək haqqının 25 faizi pensiya kapitalının formalaşmasına yönəldilsin. Əfsuslar olsun ki, indiyədək Xarici İşlər Nazirliyi tərəfindən bu məsələyə münasibət bildirilməyib", — S. Şərifov bildirib.

Maliyyə naziri hesab edir ki, bu, diplomatların xeyrinə olan bir məsələdir: "Maliyyə Nazirliyi tərəfindən isə bu məsələnin müsbət həlli istiqamətində lazımi addımlar atılıb".

Xəbər lenti
0