BAKI, 31 may — Sputnik. Mayın 31-də Milli Məclisin yaz sessiyasının son plenar iclası başa çatıb. Sputnik xəbər verir ki, parlament sədri Oqtay Əsədov gələn ay üçün parlamentin növbədənkənar sessiyasının çağırıldığını söyləyib.
O, bildirib ki, deputatların müraciəti əsasında bununla bağlı qərar qəbul olunub. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Milli Məclisin yaz sessiyası başa çatıb.