BAKI, 31 may — Sputnik. İtaliyanın mərkəzi bölgələri olan Latsio və Umbriya vilayətlərində, Terni şəhərində zəlzələ baş verib. Sputnik İtaliya mətbuatına istinadən xəbər verir ki, yeraltı təkan 5 bal gücündə olub.
Zəlzələnin episentri 15 kilometr dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar barəsində məlumat verilmir.