BAKI, 31 may — Sputnik. Milli Məclisin bugünkü plenar iclasında Şəki Apelyasiya Məhkəməsinin hakimi Hümbət Səlimovun vəzifəsindən azad edilməsi məsələsinə baxılıb. Sputnik xəbər verir ki, parlamentin qərarına əsasən, H.Səlimov tutduğu vəzifədən, vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar azad edilib.
O, bundan sonra Balakən Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyəcək. Qərar səsəqoyularaq qəbul edilib.