SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bu gün parlamentdə 12 məsələ müzakirə olunacaq

Abunə olmaq
Milli Məclisin növbəti plenar iclası keçirilir. İclasda "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında", "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihələrinə baxılacaq.

BAKI, 31 may — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Sputnik xəbər verir ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib.

İlk olaraq H.Q.Səlimovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi məsələsinə baxılacaq. Həmçinin, "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında", "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihələrinə baxılacaq.

İclasda "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Məlumat azadlığı haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Dövlət qulluğu haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlarda, Cəzaların İcrası, Cinayət və Mülki məcəllələrdə dəyişikliklər də müzakirə olunacaq. Bundan başqa, "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinə ikinci oxunuşda baxılacaq.

Xəbər lenti
0