BAKI, 30 may — Sputnik. Şırnak vilayətinin Silopi bölgəsində törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb.
APA-nın verdiyi məlumata görə, partlayış polisə məxsus zirehli maşın keçdiyi zaman törədilib.
İlkin məlumata görə, hadisə nəticəsində 4 dinc sakin ölüb, 5-i polis əməkdaşı olmaqla 19 nəfər yaralanıb. Yaralılar Silopi Dövlət Xəstəxanasına göndərilib. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Terrorçuların axtarışı və zərərsizləşdirilməsi üçün əməliyyata başlanılıb.