BAKI, 30 may — Sputnik. Suriyada İŞİD terror qruplaşmasının silahlıları kürdlərin başçılıq etdiyi “Suriya Demokratik Qüvvələri” ilə əlaqədə şübhəli bilinən 48 nəfəri edam edib.
Sputnik-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə mayın 27-də baş verib.
Bildirilir ki, silahlılar dinc sakinləri bir yerə toplayaraq edam ediblər. Qeyd edək ki, “Suriya Demokratik Qüvvələri” hazırda İŞİD-in nəzarəti altında olan Suriyanın Rakka və Tabka şəhərlərinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edir.