Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xızıda yaşanan qəzada xəsarət alanlardan yeni xəbər var

© Photo : STRSumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Onların vəziyyəti orta-ağırdır.

BAKI, 30 may — Sputnik. Ötən gün Xızıda avtobusun aşması nəticəsində xəsarət alan şəxslər Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Sumqayıt şəhər Səhiyyə şöbəsinin əməkdaşı Xalidə Quliyeva APA-ya açıqlamasında deyib ki, onlardan 3-ü neocərrahiyyə, 1-cərrahiyyə, qalanları isə travmatalogiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.

Səhiyyə naziri Oqtay Şirəliyev də Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək xəsarət alanlara göstərilən ilkin yardımla tanış olub, müvafiq tapşırıqlarını verib.

Xəbər lenti
0