BAKI, 30 may — Sputnik. "Azərbaycanda müxtəlif xalqların adət-ənənə və mədəniyyətlərinin qorunması üzrə işlər aparılır: "Rusdilli təşkilatlar burada dövlət səviyyəsində dəstək alır". "Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.
"Azərbaycanda Rusiya icması — əmin-amanlıq və rifah adacığıdır", deyən səfir bildirib: "Düşünmürəm ki, dünyada çox dövlət bütün ili multikulturalizm ili etmək üçün mənəvi hüquqa malik olsun. Rusiya Azərbaycanda yaşayan rusların öz potensialını tam şəkildə həyata keçirilməsində maraqlıdır".
V.Doroxin vurğulayıb ki, dünyanın digər ölkələrindən fərqli olaraq, Azərbaycanda rusdilli icma və diasporun mövqeyi "bizi ayırmır, əksinə, birləşdirir": "Burada bizim öz soydaşlarımızın siyasi hüquqları uğrunda mübarizə aparmağımıza, onların problemlərinin həlli üçün, rus dilində tədrisin aparılması üçün səy göstərməyimizə ehtiyac yoxdur. Burada hər şey gözəl şəkildə həll olunur".
"Biz yalnız pozitiv işləyirik ki, bu potensialı bizim və Bakının maraqlı olduğu Azərbaycan-Rusiya münasibətlərinin inkişafına sərf edək", — diplomat vurğulayıb.
Öz nitqində səfir qeyd edib ki, Azərbaycan öz gələcəyini Rusiya ilə əməkdaşlıq olmadan təsəvvür etmir.