BAKI, 29 may — Sputnik. Yaponiyanın Osaka prefekturasında sərnişin avtobusu 10 m hündürlükdən su anbarına düşüb.
APA-nın verdiyi xəbərə görə, insident Kavatinaqanao şəhərində baş verib.
Qəza nəticəsində 5 nəfər ölüb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Avtobusda 23 sərnişinin olduğu təsdiqlənib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.