BAKI, 29 may — Sputnik. İŞİD silahlıları Suriyanın Hələb əyalətində müxalifət qüvvələrinin mövqelərinə hücuma keçərək 5 yaşayış məntəqəsini ələ keçiriblər.
APA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
“İŞİD silahlıları “Azad Suriya Ordusu”nun Hələb əyalətinin Azaz yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə hücuma keçərək, Kafer-Breyşa, Tatiya, Niara, Kafer-Kalbin və Cibrin yaşayış məntəqələri üzərində nəzarəti ələ keçiriblər”, — deyə məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, “Cəbhə ən-Nüsrə” qruplaşması sutka ərzində reaktiv raket-zenit sistemlərindən və minaatanlardan Handrat yaşayış məntəqəsini, Şeyx Maqsud və Əl-Xalidiyyə yaşayış massivlərini, Hələb şəhərindəki Ən-Nəyrab aeroportunu atəşə tutublar.
Bundan başqa, “Cəbhə ən-Nüsrə” qruplaşması Latakiya əyalətində Raşa, Ərd-əl-Vata və Kərməl yaşayış məntəqələrinə zərbələr endiriblər.
“Ayn-Dəknə yaşayış məntəqəsi istiqamətində terrorçuların irəliləməsinin qarşısı kürd silahlı dəstələt tərəfindən alınıb”, — deyə məlumatda bildirilir.