CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Brusellyoza qarşı peyvəndləmə ilin sonunadək davam edəcək

© AFP 2024 / MARIO LAPORTAHeyvandarlıq təsərrüfatı. Arxiv şəkli
Heyvandarlıq təsərrüfatı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmalara görə brusellyoz xəstəliyinə ən çox yoluxanlar xəstə heyvanlarla əlaqədə olanlardır.

BAKI, 29 may — Sputnik. Xırdabuynuzlu heyvanlarda brusellyoza qarşı kütləvi peyvəndləmə bu ilin sonun kimi davam edəcək. Hal-hazırda Azərbaycanda bütün rayonlarda brusellyoza görə göz damcı vaksinasiyası davam etdirilir.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov “Sputnik”ə açıqlamasında deyib.

“Ona görə ilin sonuna kimi davam edəcək ki, hazırda boğaz olan heyvanlar da var. Həmin heyvanlar doğandan sonra onlar da vaksinasiya olunacaq”, deyə o bildirib. 

“Kifayət qədər vaksinimiz var və bütün rayonlarda sahə baytar məntəqələri bununla təmin olunub”, — deyə Xidmətin mətbuat katibi əlavə edib. 

Qeyd edək ki, heyvanlar Beynəlxalq Epizootik Büronun tövsiyələrinə əsasən, dünya təcrübəsində istifadə olunan Rev-1 vaksini ilə peyvəndlənir. Bu vaksin göz damcısı formasında tətbiq edilir. Brusellyoz xəstəliyindən qorunmaq üçün çiy süd və ondan hazırlanmış məhsullardan istifadə etməmək, heyvan alarkən isə, göz damcısı üsulu ilə peyvəndləndiyini bildirilən qulağı çərtilmiş heyvan almaq tövsiyə olunur.

Xidmət tövsiyə edir ki, sahibkarlar xırdabuynuzlu heyvanlar arasında peyvəndləmənin aparılması üçün yerli baytarlıq mütəxəssislərinə lazımi şərait yaratsınlar və bütün xırdabuynuzlu heyvanlarını vaksinasiyaya cəlb etsinlər. 

May ayının 9-dan peyvəndləmə tədbirləri başlanıb. 

Araşdırmalara görə brusellyoz xəstəliyinə ən çox yoluxanlar xəstə heyvanlarla əlaqədə olanlardır. Yoluxmanın sayına görə isə 2-ci yeri çiy süd və ondan hazırlanan məhsulların istehlakçıları tutur. 

Xəbər lenti
0