Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İmişlidə avtomobil velosipedçini vuraraq öldürdü

CC0 / Gellinger / crushПопавший в ДТП автомобиль. Архивное фото
Попавший в ДТП автомобиль. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə gecə saatlarında rayonun Şahverdili kəndi ərazisində qeydə alınıb.

BAKI, 28 may — Sputnik. İmişlidə baş verən yol qəzasında 1 nəfər ölüb.

APA-nın məlumatına görə, hadisə gecə saatlarında rayonun Şahverdili kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobil velosiped sürən rayonun Göbəktala kəndinin sakini, 1984-cü il təvəllüdlü Zabil Əmrahovu vurub. Nəticədə velosipedin sürücüsü ağır kəllə-beyin travması ilə, komatoz vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq o, səhər saatlarında xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0