Yalnız 6 ailənin yaşadığı ölkə

© worldfortravelPitcairn adaları
Pitcairn adaları - Sputnik Azərbaycan
Abunə olmaq
Xəritədə belə görünməyən bu adaya çıxan dənizçilər geri dönməmək üçün gəmilərini yandırırlar.

BAKI, 28 may — Sputnik. Sakit okeanın cənubunda yerləşən Pitcairn adalarının əhalisi 47 nəfərdir və paytaxtı Adamstovndur. Əslində ölkə yalnız paytaxtdan ibarətdir və bu ölkədə yalnız 6 ailə yaşayır.

Sputnik milliyet-ə istinadla xəbər verir ki, dünyanın ən ucqar küncündə yerləşən bu adanın inanılmaz bir hekayəsi var.

1790-ci ildə İngilis donanmasına aid “Bounty” adlı gəmidə bir üsyan baş verir. Dənizçilər gəmini ələ keçirirlər. Üsyan uğurlu olsa da amma evlərinə dönəcək bir yer yoxdur. Edamdan qaçmaq üçün xəritədə belə görünməyən bu adaya çıxan dənizçilər oraya çatanda ölkələrinə bir daha dönməmək üçün gəmilərini yandırırlar. Adaya çıxan dənizçi sayısı səkkizdir.Adaya yerləşmədən öncə yanlarına Taitili 12 qadın və kölə olaraq 8 kişi almış və bu kimsəsiz adada özlərinə yeni bir həyat qurmuşlar.

Dənizçilərin rəhbəri Fletcher Christiandır. Adada doğulan ilk körpə də onun oğludur — Thursday October Christian. Adını doğulduğu gün və aydan alan Thursday October 41 yaşına gələndə yanına aldığı 10-a yaxın yerlisi ilə Taitiyə yerləşmək istəmişlər.

Səbəb adadakı qaynaqların qıtlığıdır. Ancaq bu müvəffəqiyyətsiz bir sınaq olaraq tarixə keçmiş, bölgədəki bir epidemiyadan təsirlənən adalılar oraya gəldikdən qısa bir müddət sonra həyatlarını itirmişlər.

Vatikandan belə az əhalisi olan Pitcairn adaları əsasən 4 adadan meydana gəlir; Pitcairn, Henderson, Ducie, Oeno. Pitcairndən başqa 3 adada həyat yoxdur.

Sakit bir həyatın yaşandığı düşünülə biləcək bu ada 2004-ci ildə cinsi təcavüz davalarıyla adından bir xeyli söz etdirdi. 1996-ci ildə adaya gedən bir vəzifəlinin ortaya çıxarmasıyla adada olan yetkin kişilər 16 yaşının altındakı qızlara təcavüz səbəbindən mühakimə olundu. 8 il davam edən davadan sonra 6 kişiyə hökm oxundu.

Daha əvvəl məhkəməyə ehtiyac duymayan adalılar Yeni Zelandiyada mühakimə edilirdi.

47 kvadrat kilometr sahəyə sahib olan vulkanik adada Pitkernce danışılır. Bu dil İngilis dilinin fərqli bir ləhcəsidir.

Xəbər lenti
0