Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ot üstündə əmisi oğlunun qulağını kəsdilər

© Photo : JanDix/pixabayBalta - Топор
Balta - Топор - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün saat 04.00 radələrində rayonun Veri kəndində kənd sakini, 72 yaşlı Hüseyn İsiyevin yaşadığı evə hücum edilib.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

Lerikdə ata və oğlu baltalanıb.

Sputnik-in məlumatına görə, bu gün saat 04.00 radələrində rayonun Veri kəndində kənd sakini, 72 yaşlı Hüseyn İsiyevin yaşadığı evə hücum edilib.

Hücum edən bir qrup şəxs ona balta ilə xəsarət yetirib, oğlu Rəfael İsiyevin isə balta ilə hər iki qulağını kəsiblər. Araşdırmalar onların hücum edənlərin H. İsiyevin qardaşı uşaqları — Zamin, Şahrza və Bəybala İsiyevlər və qonşuları Şulduz və Sakit Əliyev qardaşları olması müəyyən edilib. 

© Sputnik/ Rahim MuradovLerikdə ot üstündə qulaqları kəsilmiş şəxs
Lerikdə ot üstündə qulaqları kəsilmiş şəxs - Sputnik Azərbaycan
Lerikdə ot üstündə qulaqları kəsilmiş şəxs

Məlumata görə, adıçəkilən şəxslər ötən gün ot üstündə dalaşıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0