Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Publisist: Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəfli dövrüdür

Abunə olmaq
Bu gün, mayın 28-də Azərbaycan öz tarixinin ən əlamətdar günlərindən birini - müsəlman Şərqində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını qeyd edir.

Sputnik-ə müsahibəsində publisist, AXC tarixinin tədqiqatçısı Qərənfil Dünyaminqızı Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün mətbuat, siyasət və ideologiya uzun yol keçiblər, bu günkü müstəqillik isə bizə qan və itkilər bahasına başa gəlib. 

"Bu gün biz hər bir azərbaycanlı üçün vacib olan bayramı — Respublika gününü qeyd edirik. Bu müstəqilliyə görə biz çox şeyimizi vermişik. 1918-ci il hadisələri, 1990-cı ul qanlı yanvarının qurbanları, Xocalı faciəsi və torpağımızın 20%-nin işğal olunması bahasına bu müstəqillik başa gəlib", — deyə publisist bildirib.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Publisist Qərənfil Dünyaminqızının sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti dövrü tarixmizin ən şərəfli dövrüdür.

"Məhz 98 il əvvəl Azərbaycan müsəlman Şərqində ilk dünyəvi respublika oldu. Respublika elan olunandan sonra türk dilinin dövlət dili elan olunması, milli ordu yaradılması məsələləri qaldırıldı. Bu günkü Azərbaycan Respublikası AXC-nin varisidir və biz bu müstəqilliyi qorumalıyıq", deyə Dünyaminqızı bildirib.

Xəbər lenti
0