SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

“Türkiyə İŞİD-lə birgə Şimali Koreyaya qarşı hərbi əməliyyat keçirir”

© REUTERS / Umit BektasМовлут Чавушоглу, министр иностранных дел Турции
Мовлут Чавушоглу, министр иностранных дел Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: Qoy amerikalı əsgərlər “Əl-Qaidə”nin emblemini taxsınlar.

BAKI, 27 may – Sputnik. Suriyanın Rakka şəhərinin İŞİD terrorçularından təmizlənməsi üçün ABŞ-ın dəstəklədiyi PYD silahlıları ərazidə geniş əməliyyata başlayıb. Birləşmiş Ştatların havadan dəstək verdiyi əməliyyatda, 250 nəfər amerikan əsgərinin də quruda PYD-lilərlə bigrə döyüşdüyü iddia olunub.

Sputnik xəbər verir ki, sözügedən iddianı təsdiq edən fotolar da yayımlanıb. Yayımlanan fotolarda amerikalı əsgərlərin uniformalarının üzərində PYD-nin gerbi əks olunub. 

PYD-ni PKK-nın Suriyadakı qolu kimi tanıyan və terror listinə alan Türkiyədən Amerikanın bu hərəkətinə hələlik rəsmi açıqlama verilməyib. Ancaq ekspertlər iddia edir ki, ABŞ əsgərlərinin PYD emblemli uniforma geyinərək döyüşməsi, Vaşinqton-Ankara münasibətlərini gərginləşdirə bilər.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PYD-nin Rakkadakı döyüşlərə qoşulmaq istəməsinə sərt qarşı çıxırdı: “İŞİD terror təşkilatıdır. Amma bu terror təşkilatını başqa bir terror təşkilatının əlilə yox etməyə çalışmaq, o əraziləri digər terrorçuların ixtiyarına vermək hansı ağıla sığa bilər? Biz dəfələrlə bəyan etmişik ki, bizim üçün PKK nədirsə PYD də odur. Ümid edirəm Vaşinqton administrasiyası izlədiyi yanlış yoldan tez dönər. Türkiyə Suriyanın şimalında etnik dəyişikliyə göz yummayacaq. Bunu da hər kəsin bilməsini istəyirəm”, — deyə Ərdoğan bir neçə gün öncə mitinqdəki çıxışı zamanı bildirmişdi. 

Xarici işlər naziri Mövlud Çavuşoğlu isə məsələyə maraqlı yanaşıb: “Amerikalı əsgərlərə tövsiyyə edirəm, Suriyanın digər bölgələrinə gedəndə İŞİD-in, “Əl-Nusra”nın, “Əl-Qaidə”nin emblemini taxsınlar. Afrikaya gedəndə də “Boko Haram”ın gerbini sinələrinə vursunlar”.

Mövzunu Sputnik üçün şərh edən türk politoloq Ömər Dinçər, həm Ankaranı, həm də Vaşinqtonu sərt tənqid edib:

“Təsəvvür edin ki, Türkiyə İŞİD-lə əlbir olub Şimali Koreyaya qarşı hərbi əməliyyat keçirir. Hamımız da bilirik ki, ABŞ Ş.Koreyanı öz təhlükəsizliyinə 1 nömrəli təhdid hesab edir. Amma buna baxmayaraq, ABŞ heç vaxt istəməz ki, Koreya İŞİD-in əlinə keçsin. Bu misalı ona görə çəkdim ki, Türkiyə də İŞİD-i özü üçün təhlükə sayır. Amma özü üçün digər təhlükə saydığı PYD-nin Rakka şəhərini ələ keçirməsini istəmir. Daha düzgün strategiya tələb edir. Türkiyə dəfələrlə bəyan edib ki, ya ABŞ-la, ya da NATO ilə birgə quru əməliyyatına qoşula bilər. Əgər hadisələr belə davam edərsə, Türkiyə ilə ABŞ-ın müttəfiqliyi ciddi şəkildə pozula bilər”.

Ö.Dinçər rəsmi Ankaranı Suriya məsələsində ancaq Qərbdən mədət ummaqda təqsirləndirib.

“ABŞ İraqa müharibəyə hazırlaşanda Türkiyəyə ona hərbi yardım etməsi üçün təklif etdi. Ankara bu təklifə yaxın durmadı. Amma Amerika başqa variantlara əl ataraq öz məqsədinə çatdı. Türkiyə isə ancaq NATO-dan, ABŞ-dan bir şeylər gözləyir. Halbuki Körfəz ərəb ölkələri də Bəşər Əsədin o postda qalmasını istəmir. Bu ölkələrlə hərbi ittifaqa gedib ən azı Suriyanın şimalında təhlükəsiz zona yaratmaq mümkündür”, — deyə politoloq əlavə edib. 

Rakk şəhərində yaşayan mülki əhali PKK-nın Suriya qolu olan PYD və İŞİD arasında gedən döyüşlərdən qaçaraq yaşadıqları yeri tərk edir. 

Qaçqınlar əsasən Hələb vilayətinin şimalına və Deyr-əz-Zor şəhərinə üz tuturlar.

Qeyd edək ki, dünən PKK-nın Suriya qolu olan PYD silahlıları  ABŞ-ın dəstəyilə Rakkaya qarşı hərbi əməliyyatlara başlayıb. 

Xəbər lenti
0