BAKI, 27 may — Sputnik. Türkiyənin yeni Baş naziri Binəli Yıldırım Azərbaycana səfər edəcək.
Bu barədə Türkiyənin Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabinetindən verilən məlumata görə, səfər iyunun 1-də baş tutacaq.
B.Yıldırım Azərbaycana səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Bu səfər B.Yıldırımın Baş nazir qismində ilk xarici səfəridir.