SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: Azərbaycanda bütün azadlıqlar təmin olunub

Abunə olmaq
Dövlət başçısı: Ölkəmizə qarşı müşahidə olunan ikili standartlara son qoyulmalıdır.

BAKI, 27 may — Sputnik. "Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan Sovetlər Birliyinin tərkibində mürəkkəb yol keçib. Həmin illərdə elm və təhsil, neft sahəsində müəyyən irəliləyişlər olub".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı — Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.

Dövlət başçısı ulu öndər Heydər Əliyev birinci dəfə respublikada rəhbərliyə gəldikdən sonra Azərbaycanda gedən inkişaf proseslərindən danışıb.

Müstəqilliyin ilk illərində ölkədəki çətin vəziyyətdən bəhs edən Prezident İlham Əliyev ümummilli liderin rəhbərliyi altında Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğunu, azərbaycançılıq ideologiyasının bərqərar olduğunu vurğulayıb.

"2003-cü ildən bu günə qədər Azərbaycan Heydər Əliyevin yolu ilə gedir", — deyən dövlət başçısı xalqımızın bir amal ətrafında birləşdiyini, Azərbaycanın dayanıqlı, uzunmüddətli inkişaf strategiyasının təmin edildiyini, beynəlxalq nüfuzumuzun artdığını, qarşıya qoyulan vəzifələrin uğurla icra edildiyini bildirib.

Prezident İlham Əliyev deyib ki, Azərbaycanda quruculuq prosesi davam etdiriləcək, bundan sonra da ölkədəki sabitlik və təhlükəsizlik təmin olunacaq.

Xalq-iqtidar birliyinin möhkəmləndiyini, demokratiyanın inkişaf etdiyini, bütün azadlıqların təmin olunduğunu vurğulayan dövlət başçısı deyib ki, ölkəmizə münasibətdə müşahidə olunan ikili standartlara son qoyulmalıdır.

"Bu il Azərbaycanda "Multikulturalizm ili"nin elan edildiyini, indiki şəraitdə bunun dünyaya bir mesaj olduğunu", — deyən Prezident İlham Əliyev onu da qeyd edib ki, xarici siyasətdə Azərbaycanın maraqları uğurla təmin olunur. 

 

Xəbər lenti
0