SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Barak Obama: Biz Azərbaycana yardım etməyə hazırıq

Abunə olmaq
ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə məktub yazıb.

BAKI, 27 may-Sputnik. Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sputnik president.az-a istinadla xəbər verir ki, ABŞ prezidenti Əliyevi və Azərbaycan xalqını dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin yaranmasının 98-ci ildönümü münasibətilə Amerika Birləşmiş Ştatları adından təbrik edib.

Obama Əliyevi həmçinin qarşıdan gələn əlamətdar hadisə — Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasının 25 illiyi münasibətilə də təbrik edib.

"Azərbaycan son 25 ildə, xüsusilə, Avropanın enerji şaxələndirilməsini və təhlükəsizliyini dəstəkləyən enerji lideri kimi böyük uğur qazanıb. Biz terrorçuluğa qarşı mübarizə səyləri də daxil olmaqla, Azərbaycanın təhlükəsizlik üzrə əməkdaşlığını yüksək qiymətləndirir və Azərbaycan ilə birlikdə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında xidmət etməkdən şərəf duyuruq. Azərbaycan bütün vətəndaşları üçün təhlükəsizlik, firavanlıq və ifadə azadlığını daha da möhkəmləndirdikcə biz ona yardım etməyə hazırıq. Biz, həmçinin ölkənizin və qonşularının əmin-amanlıq və sabitlik şəraitində yaşamaları üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan ilə işləməyə davam edəcəyik." — deyə Obama bildirib.

O qeyd edib ki, Azərbaycanın və Birləşmiş Ştatların xalqları sıx əlaqələrə malikdir.

"Biz mədəni, siyasi və iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsini arzu edirik. Cənab Prezident, xahiş edirəm Respublika Günü münasibətilə ən xoş arzularımı qəbul edin." — Obama əlavə edib.

Xəbər lenti
0