BAKI, 27 may – Sputnik. Bu il iyunun 7-də Berlində, federal kansler aparatı qarşısında Almaniyada yaşayan azərbaycanlıların təşəbbüsü ilə sülh nümayişi təşkil ediləcək. Bu barədə Sputnik-ə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı-direktoru Heydər Mirzə məlumat verib.
Onun məlumatna əsasən, aksiyanın məqsədi Dağlıq Qarabağ danışıqlarına dəstəyin nümayiş etdirilməsidir.
Qeyd edək ki, iyunun 7-də Azərbaycan prezidenti İlham Əliyev Almaniya federal kansleri Angela Merkelin dəvəti ilə Berlində səfərdə olacaq.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşəbbüsü ilə ötən mitinq bu il aprelin 6-da Berlində Ermənistan prezidenti Serj Sarqsyanın səfərinin əleyhinə təşkil olunmuşdu.