İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana gələcək

© Sputnik / Aleksey Nikolsky / Fotobanka keçməkİsrailin baş naziri Benyamin Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu - Sputnik Azərbaycan
İsrailin baş naziri Benyamin Netanyahu: Biz Azərbaycanla güclü, strateji tərəfdaşlıq münasibətləri yaratmışıq.

BAKI, 27 may-Sputnik. İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.

Sputnik president.az-a istinadla xəbər verir ki, Netanyahu Əliyevi Azərbaycanın milli bayramı — Respublika Günü münasibətilə İsrail xalqı və hökuməti adından təbrik edib.

Məktubda həmçinin deyilir: "İsrail Azərbaycan ilə əlaqələrinə yüksək dəyər verir. Diplomatik əlaqələrin yaranmasının 24 ili ərzində biz həqiqi dostluq və qarşılıqlı maraqlara əsaslanan güclü, strateji tərəfdaşlıq münasibətləri yaratmışıq. Sizin rəhbərliyiniz ilə ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə yüksəlib. Əminəm ki, ölkələrimizin əməkdaşlıq əlaqələri daha da genişlənəcək. Ümidvaram ki, razılaşdığımız kimi, bu il ərzində Azərbaycanda görüşə biləcəyik."

Netanyahu həmçinin qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü müstəqilliyimiz bərpa ediləndən bəri ölkəmizin qazandığı nailiyyətlərin qeyd edilməsi üçün yaxşı imkandır.

"Bu əlamətdar gündə mən ölkələrimiz arasındakı dostluğa sadiqliyimi bir daha təsdiq edirəm. Sizə, ailənizə və xalqınıza rifah, uğur və davamlı inkişaf diləyirəm." — deyə İsrailin baş naziri bildirib.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала