Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

ABŞ-ın Federal Ehtiyatlar Sistemi bu il faizləri neçə dəfə artıracaq?

© AFP 2024 / SAUL LOEBABŞ-ın Federal Ehtiyatlar Sistemi
ABŞ-ın Federal Ehtiyatlar Sistemi - Sputnik Azərbaycan
Abunə olmaq
Filadelfiya şəhərinin FED rəhbəri Patrik Harker də ABŞ-da keçiriləcək prezident seçkilərinin pul siyasətinə təsir etməyəcəyini və bu il iki və ya üç dəfə faiz artırıla biləcəyini söyləyib.

BAKI, 27 may — Sputnik. ABŞ-ın Dallas şəhərinin FED rəhbəri Robert Kaplan və Filadelfiya şəhərinin FED rəhbəri Patrik Harker bu il faizlərin iki ya da üç dəfə artırılması ilə bağlı açıqlamalar verib.

Robert Kaplan FED-in bu il iki dəfə faiz artırmasının lazım olduğunu söyləyib. ABŞ-ın Hyuston ştatında danışan Kaplan statistik məlumatların müsbət olmasının davam edəcəyi təqdirdə FED-in yaxın zamanda faiz artımını dəstəklədiyini deyib. O, bildirib ki, əgər məlumatlar indiki kimi müsbət davam etsə, yaxın zamanda faiz artımını dəstəkləyəcəyəm.

İyun ayında Böyük Britaniyada keçiriləcək referendumun ABŞ-ın Federal Ehtiyat Sisteminin Açıq Bazar üzrə Federal Komitəsinin (FOMC) iclasından sonra keçirilməsinini qeyri-müəyyənlik yaratdığını deyən Kaplan uçot dərəcəsinin artmasının bu ilin iyul ayına təxirəsalınmasının siqnalı verib.

Filadelfiya şəhərinin FED rəhbəri Patrik Harker də ABŞ-da keçiriləcək prezident seçkilərinin pul siyasətinə təsir etməyəcəyini və bu il iki və ya üç dəfə faiz artırıla biləcəyini söyləyib.

Çin iqtisadiyyatının son dövrdə tarazlandığına işarə edən Harker qlobal inkişaf üçün hər hansı bir risk görmədiyini deyib.

Kaplan və Harker bu açıqlamaları ilə son günlərdə faiz artımını dəstəkləyən mesajlar verən digər FED səlahiyyətlilərinə qatılmış oldu.

FOMC-nin 14-15 iyun tarixlərində iclası keçiriləcək.

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin rəhbəri Canet Yellenin Harvard Universitetində edəcəyi çıxışında faiz artımının vaxtı ilə bağlı işarələr verə bilər. Dünya bazarlarında diqqətlər Yellenin çıxışına yönəlib.

Məsələ ilə əlaqədar keçmiş deputat, iqtisadçı ekspert Nazim Məmmədov Sputnik-ə açıqlamasında deyib ki, əksər beynəlxalq qurumların, ekspertlərin qənaətinə görə, yəqin faiz artımı olacaq. Dolların bahalaşması prosesi baş verir. Ötən ilə qədər ABŞ uçot dərəcəsinə ciddi artım etməmişdi. Dolların bahalaşması o deməkdir ki, ucuz dolların vaxtı keçib. Dolların bahalaşması baş versə, dollarlaşma səviyyəsi yüksək olan ölkələrdə milli valyutanın yenidən ucuzlaşması baş verər amma çox da ciddi ucuzlaşmanı proqnoz etmirəm. Bizim iqtisadiyyatda əsas qiymətə təsir edən neftin qiymətidir. Neftin qiyməti də 40 dollardan yuxarı olsa, milli valyutamızın ucuzlaşmasının əsası yoxdur.

Ekspert deyib ki, dolların qızıl valyuta ehtiyatlarına uyğun kursu müəyyən olunmadığı vaxtdan, yəni 1975-ci ildən dollar ödəniş vasitəsindən daha çox əmtəəyə, mala çevrildi. Bu o deməkdir ki, ABŞ öz dollarını yaxşı mal kimi satmağa başladı. Bu baxımdan ABŞ 1975-ci ildən bəri ötən ilə qədər müəyyən güzəştlər tətbiq etməklə dolları stimullaşdırırdı. Dünya ticarətinin təqribən 75 faizi elə dolların üzərindən baş verir. ABŞ dolların bahalaşması kursunu götürübsə, Çin iqtisadiyyatı da daralmağa davam edəcək, yuanın kursuna mənfi mənada təsir edəcək.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, böyük ehtimalla FED iyun ayında keçiriləcək iclasında faiz artımına gedəcək. Burada Böyük Britaniyada keçiriləcək referendum da nəzərə alınacaq. Onu da qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxma ehtimalı aşağıdır.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik-ə açıqlamasında faiz artımı ehtimalının çox böyük olduğunu deyib: "Hesab edirəm ki, yəqin ki, iyun ayında keçiriləcək iclasda uçot dərəcəsini qaldıracaqlar".Qeyd edək ki, ötən ilin dekabr ayında ABŞ-ın Federal Ehtiyat Sistemi (Federal Reserve System) uçot dərəcəsini 0,25%-dən 0,5 %-dək artırıb.    

Xəbər lenti
0