BAKI, 27 may – Sputnik. Fransanın Kale şəhərindəki qaçqın düşərgəsində ərzaq paylanılan zaman qaçqınlar arasında düşən dava nəticəsində 3 mühacir ölüb, 40-ı yaralanıb.
Sputnik Posta-ya istinadən xəbər verir ki, yaralılardan 4-nün vəziyyəti ağırdır.
Xəbərə görə hadisə dünən axşam baş verib. Əfqanıstan və Sudandan olan qaçqınlar arasında qarşıdurma olub. Davadan sonra Əfqanıstandan olan qaçqınlar mühacirlərin yaşadığı 250 çadırı yandırıb.
Sözügedən qaçqın düşərgəsində 5 min mühacir yaşayır. Ora dünyanın ən təhlükəli qaçqın düşərgələrindən biri hesab olunur. Həmin düşərgədə narkotik maddə və silah əldə etməyin asan olduğu deyilir. Bundan başqa orada müxtəlif mafiya qrupları fəaliyyət göstərir.