CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İlham Əliyev və xanımı mənim çayımı çox bəyəndilər"

© Sputnik / Rahim ZakiroğluÇayçı İdris Həsənov
Çayçı İdris Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Lənkəranlı çay ustası İdris Həsənov çayın bütün sirrlərini Sputnik-lə bölüşüb.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. Çay dünyada sudan sonra ikinci ən geniş yayılan içkidir. "Euromonitor International" şirkəti müəyyənləşdirib ki, Azərbaycan dünyada çayın ən çox içildiyi üçüncü ölkədir. Çünki əhalinin 99,5%-i hər gün çay içir. Ölkəmizin bu siyahıya düşməsi heç də səbəbsiz deyil. Çünki bizim dadı və ətri ilə dünyaca məşhur olan çayımız var. Lənkəran çayı bu rayona gələn həm yerli, həm də xarici turistlərin diqqət mərkəzində olur. Şəhərə gələn qonaqları bir qayda olaraq Lənkəranda ən tanınmış və ən qocaman çayçılardan olan İdris Həsənovun çayxanasına gətirirlər.

Sputnik-in əməkdaşı çayçılıq sənəti haqqında öyrənmək üçün İdris ustanın Lənkəran Sahil Parkındakı çayxanasına gedib və ondan müsahibə götürüb.

– İdris usta, mümkünsə, Sputnik oxucularına əvvəl bir az özündən danış. Çayçılığa nə vaxtdan başlamısan?

– Mən 1950-ci ildə Lerik rayonunun Biləvər kəndində anadan olmuşam. 1953-cü ildə Lənkərana gəldik və artıq burada məskunlaşdıq. 1966-cı ildə indi işlədiyim əraziyə yaxın bir çayçı köşkü var idi. Onu o vaxt Əhmədağa adlı bir çayçı işlədirdi. Mən də onun yanında çayçılığı öyrənməyə başladım. Əsgərlikdən gələndən sonra 1972-ci ildə fəhlə yeməkxanasında çayçı işləməyə başladım. Orada 2005-ci ilə qədər işlədim. Sonra həmin ərazidə Lənkəran Müalicə Diaqnostika Mərkəzini tikdilər deyə oradan köçməyə məcbur oldum. Bir çox yerdə işlədim, 2010-cu ildən isə burada — Sahil Parkında işləyirəm.

– Deyirlər, prezident İlham Əliyev 2005-ci ildə Lənkərana gələn zaman siz ona çay vermisiz. Bu necə baş verib?

– Mənim o vaxtlar yüksək vəzifəli şəxslər arasında çoxlu müştərim var idi. Prezident də Lənkərana gəlməmişdən öncə İcra Aparatından nümayəndələr gəlib dedilər ki, "Usta, tanıdığımız ən yaxşı çayçı sənsən. Ona görə də prezidenti sən çaya qonaq edəcəksən". Bizim Göyşaban kəndi şəhərin girişindədir. Orda da yaxşı çayxana var. Prezident şəhərimizə gələndə ona və xanımına mən çay verdim. Çox bəyəndilər, "çox sağ ol" dedilər. Həm də rayona xarici qonaqlar gələndə onları ancaq mənim yanıma gətirirlər.

© Sputnik / Rahim ZakiroğluÇayçı İdris Həsənov.
Çayçı İdris Həsənov - Sputnik Azərbaycan
1/11
Çayçı İdris Həsənov.
© Sputnik / Rahim Zakiroğluİdris Həsənovun iilərin sınağından çıxmış müştəriləri.
İdris Həsənovun iilərin sınağından çıxmış müştəriləri - Sputnik Azərbaycan
2/11
İdris Həsənovun iilərin sınağından çıxmış müştəriləri.
© Sputnik / Rahim ZakiroğluÇayxananın müştəriləri, xüsusən, yayda çoxalır.
Çayxananın müştəriləri, xüsusən, yayda çoxalır - Sputnik Azərbaycan
3/11
Çayxananın müştəriləri, xüsusən, yayda çoxalır.
© Sputnik / Rahim ZakiroğluAçıq havada çay içib söhbətləşməyin verdiyi zövq başqadı.
Açıq havada çay içib söhbətləşməyin verdiyi zövq başqadı - Sputnik Azərbaycan
4/11
Açıq havada çay içib söhbətləşməyin verdiyi zövq başqadı.
© Sputnik / Rahim ZakiroğluBurada müştərilərə ancaq Lənkəran çayı və yerli limonlar veririr.
Burada müştərilərə ancaq Lənkəran çayı və yerli limonlar veririr - Sputnik Azərbaycan
5/11
Burada müştərilərə ancaq Lənkəran çayı və yerli limonlar veririr.
© Sputnik / Rahim Zakiroğluİdris dayı limonu soyub üzərinə şəkər tozu səpib müştəriyə verir.
İdris dayı limonu soyub üzərinə şəkər tozu səpib müştəriyə verir - Sputnik Azərbaycan
6/11
İdris dayı limonu soyub üzərinə şəkər tozu səpib müştəriyə verir.
© Sputnik / Rahim ZakiroğluQocaman çayçı: Müştərilərimə öz yaxın adamım kimi yanaşıram, onlara özüm qulluq edirəm.
Qocaman çayçı: Müştərilərimə öz yaxın adamım kimi yanaşıram, onlara özüm qulluq edirəm - Sputnik Azərbaycan
7/11
Qocaman çayçı: Müştərilərimə öz yaxın adamım kimi yanaşıram, onlara özüm qulluq edirəm.
© Sputnik / Rahim Zakiroğluİdris kişinin çayxanasında müştərinin hər istəyi qanundur.
İdris kişinin çayxanasında müştərinin hər istəyi qanundur - Sputnik Azərbaycan
8/11
İdris kişinin çayxanasında müştərinin hər istəyi qanundur.
© Sputnik / Rahim ZakiroğluBurada kəklikotulu, darçınlı, limonlu və s. çayılar da sifariş verə bilərsiniz.
Burada kəklikotulu, darçınlı, limonlu və s. çayılar da sifariş verə bilərsiniz - Sputnik Azərbaycan
9/11
Burada kəklikotulu, darçınlı, limonlu və s. çayılar da sifariş verə bilərsiniz.
© Sputnik / Rahim ZakiroğluAsudə vaxtınızı daha da maraqlı etmək üçün, çay içə-içə nərd də oynamaq olar.
Asudə vaxtınızı daha da maraqlı etmək üçün, çay içə-içə nərd də oynamaq olar - Sputnik Azərbaycan
10/11
Asudə vaxtınızı daha da maraqlı etmək üçün, çay içə-içə nərd də oynamaq olar.
© Sputnik / Rahim Zakiroğluİdris kişinin Lənkəranın Sahil Parkındakı çayxanası.
İdris kişinin Lənkəranın Sahil Parkındakı çayxanası - Sputnik Azərbaycan
11/11
İdris kişinin Lənkəranın Sahil Parkındakı çayxanası.
1/11
Çayçı İdris Həsənov.
2/11
İdris Həsənovun iilərin sınağından çıxmış müştəriləri.
3/11
Çayxananın müştəriləri, xüsusən, yayda çoxalır.
4/11
Açıq havada çay içib söhbətləşməyin verdiyi zövq başqadı.
5/11
Burada müştərilərə ancaq Lənkəran çayı və yerli limonlar veririr.
6/11
İdris dayı limonu soyub üzərinə şəkər tozu səpib müştəriyə verir.
7/11
Qocaman çayçı: Müştərilərimə öz yaxın adamım kimi yanaşıram, onlara özüm qulluq edirəm.
8/11
İdris kişinin çayxanasında müştərinin hər istəyi qanundur.
9/11
Burada kəklikotulu, darçınlı, limonlu və s. çayılar da sifariş verə bilərsiniz.
10/11
Asudə vaxtınızı daha da maraqlı etmək üçün, çay içə-içə nərd də oynamaq olar.
11/11
İdris kişinin Lənkəranın Sahil Parkındakı çayxanası.

– Sizin çayınızı niyə bu qədər bəyənirlər?

– Mən müştərilərimə ancaq yerli çay, yəni Lənkəran çayı və ancaq yerli limonlar verirəm. Başqa çayxanalarda da müştərilərə limon verirlər. Amma mən limonu soyub üzərinə şəkər tozu səpib müştəriyə verirəm. Beləcə, həm limon xarab olmur, həm də müştərinin xoşuna gəlir. Bir də yalnız mən müştərilərimə duzlu nanəli alma verirəm. Almanı soyub üstünə limon suyu sıxıb, duzlayıb sonra da qurudulmuş nanə səpib verirəm müştərilərimə. Heç vaxt fikirləşməmişəm ki, təkcə müştəriyə çay verim pul qazanım. Həmişə fikirləşmişəm ki, müştərini razı yola salım ki, sənətimi pisləməsin. Müştəri nə istəsə, onu etmişəm. Müştəri olub kəklikotulu çay istəyib, müştəri olub ancaq kəklikotu dəmləmişəm onun üçün, müştəri olub darçınlı çay istəyib, mən də vermişəm. Bir müştərim də var idi ki, onun üçün həmişə limonla çayı bir yerdə dəmləyib verirdim. Həm də SSRİ vaxtı mən müştəriyə pul deməzdim. Nə versəydilər, deyirdim Allah bərəkət versin. İndi də özüm heç vaxt qiymət demirəm, soruşsalar, deyərəm. Yoxsa gedib demərəm ki, siz mənə bu qədər verməlisiz. Elə indi də çox vaxt müştərilər özləri pulu stolun üstünə qoyub gedirlər.

– Müştərilər ən çox nə vaxt çay içməyə gəlirlər?

– Müştərilər əsasən axşamlar gəlirlər. Qışda müştəri az olur. Üzü yaya getdikcə, çoxalır. Çayxanamız Sahil Parkında yerləşir. Yayda axşamlar bura daha çox ailələr gəlir. 

– Sizin çayla bağlı sirriniz nədədir?

– Mən çayın xüsusiyyətlərini yaxşı bilirəm. Çayın saxlanılmasından çox şey asılıdır. Ağzı açıq saxlasan, çay korlanar. Pis bağlanan çay öz keyfiyyətini itirər. Saxlanma şərtlərinə düzgün əməl etsən, çay möhkəm dəmləndikdə daha ətirli olur. Ustam mənə bir çox bilikləri öyrədib. Çayın növlərinin xüsusiyyətlərini bilmək lazımdır. Məsələn, iriyarpaqlı çay daha tez işlənib qurtarır. Ən qənaətsiz çaydır. Bir çaydan çayın dəmlənməsi üçün başqa çaylardan cəmi bir qaşıq lazım olursa, iriyarpaqlı çaydan çay dəmləyəndə bir qaşıq çay ancaq bir fincana bəs edir. Kiçik dənəli çay daha tez dəmlənir, rəngi şəffaf olur, qənaətli olur. Amma kiçik dənəli çayı dəmləyəndə azca səhv etsən, çay acı olacaq.

Həm də mən müştərilərimə müştəri kimi yox, öz yaxın adamım kimi yanaşıram. Özüm onlara qulluq edirəm. Mən başqa çayçılar kimi şəyirdimi stollara göndərmirəm, əksər hallarda özüm gedirəm. Yemək yediyim zaman da müştəri gəlsə, yeməyimi yarıda qoyub özüm müştərinin sifarişlərini verib qayıdıb yeməyimi yeyirəm. Bir vəzifəli müştərim var, deyir ki, başqa çayxanaya gedirik, şərait əladır, lakin xidmət sıfırdır. Bir cavan oğlan gətirib çayı adamın qabağına elə tullayır ki, adam özünü təhqir olunmuş hesab edir. Amma mən müştərimə hörmətsizlik etsəm, özüm hörmətsiz olaram…

– Sənəti kiməsə öyrətmisiz?

– Şagirdim çox olub. Amma cəmi iki nəfər öz sənətlərini davam etdirdilər. Hər ikisinin mənim çayxanama yaxın çayxanaları var. Biri öz qardaşım oğlu Kazımdır, o biri isə Asifdir. İndi də öz kiçik oğlum Rafiqə öyrədirəm. Çox olub ki, gəlib deyiblər sənəti bizə də öyrət. Amma iki gün qalıb dözə bilməyib qaçırlar. İndiki cavanlar işləməkdən qorxurlar.

– Çayın faydaları haqqında nə deyə bilərsiniz?

– Çay çox faydalı və əvəzolunmaz məhsuldur. Əvvəllər çayın tərkibinin dörd-beş maddədən ibarət olduğunu deyirdilərsə, indi onlarla kimyəvi maddələrin və elementlərin olduğunu sübut ediblər. Bunlar efir yağları, taninlər, vitaminlər və sairlərdir. Çayın həm də müalicəvi xüsusiyyəti var. İnfarkt üçün xeyirlidir, yəni infarkt riskini azaldır. Yuxusuzluğun dərmanıdır. Bədəndə əzilmə və zədələnmə olanda çay kompresi edəndə ağrılar tez kəsilir. Göz soyuqlayanda köhnə dəm çayı ilə yuyanda tez sağalır. Gözə itdirsəyi çıxanda çay puçunu qoyanda tez sağaldır. Mən o vaxt eşitmişəm ki, gözdə mirvari suyu (katarakta) olanda, həm yaşıl çay, həm də qara çayın faydası çoxdur…

P.S. Biz çayxanada olanda müşahidə etdik ki, ora gələnlərin hamısı birbaşa İdris ustanı soruşurdular. Əgər çayxanadadırsa, oturub çay içirdilər. Müştərilərin hamısını o öz dostu kimi qarşılayıb çay süfrəsinə oturdurdu.

Məlumat üçün bildirək ki, Lənkərana çay bitkisi ilk dəfə 1912-ci ildə gətirilib. Lənkəranda ilk çay fabriki isə 1937-ci ildə qurulub. Bundan sonra çayın kütləvi istehsalına başlanılıb. Bütün dünyada məşhur olan Lənkəran çayı 1981-ci ildə Almaniyanın Leypsiq şəhərində keçirilən müsabiqədə "Azərbaycan buketi" mükafatına və qızıl medala layiq görülüb.

Xəbər lenti
0