CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sandıq düzəldən ata və oğul

© Sputnik / RAHIM ZAKIROGLUƏvvəlcə sadə rəng vurulur, rəng quruyandan sonra isə üzəri bəzədilir
Əvvəlcə sadə rəng vurulur, rəng quruyandan sonra isə üzəri bəzədilir - Sputnik Azərbaycan
Abunə olmaq
Ərkivan qəsəbə sakini Şərafət Əzizov sandıqçılıq sənətinin özəlliklərindən və durumundan danışır.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

Əvvəllər qızlar gəlin köçərkən özləri ilə apardıqları əsas cehiz əşyalarından biri sandıq hesab olunurdusa, axır vaxtlar el adətidir deyə bu ənənədən vaz keçilib. Buna baxmayaraq, indinin özündə də sandığa tələbat var, lakin sandıq düzəldən çox azdır. Əvvəllər bu ənənənin geniş yayıldığı cənub bölgəsində indi sandıqçılıqla məşğul olan cəmi bir-iki ailə qalıb. Bəs bir sandıq neçəyə başa gəlir? Sandığa olan tələbatın vəziyyəti necədir? Bu sualların cavablarını tapmaq  məni Masallı rayonunun Ərkivan qəsəbəsinə gətirdi. Belə ki, bölgədə fəaliyyət göstərən sandıq ustalarından biri məhz Ərkivan qəsəbə sakini Əzizov Şərafətdir. Şərafət Əzizovun evini tapmaq çətin olmadı. Salamlaşdıqdan sonra Şərafət ustanın dəvəti ilə söhbətimizi çay süfrəsi arxasında davam etdirdik.

- Sandıqçı sənəti haqqında danışardınız. Kimdən öyrənmisiniz? Neçə ildir sənətdəsiniz? 

— “Bizdə sandıqçılıq ata-babadan yadigar qalan sənətdir. Yəni, mən gözümü açandan evdə sandıqçılıq olub. Rəhmətlik atam Əhmədəli Əzizov bölgədə tanınmış sandıq ustası idi. Orta məktəbdə oxuyan vaxtdan, təxminən 10-12 yaşımdan məktəbdən gələndən sonra atama sandıq düzəltməkdə kömək edirdim. Yəni, bəzi hissələrin kəsilməsi, mismarlanması və sandıqların rənglənməsində. Orta məktəbi bitirəndən onra hərbi xidmətə getdim. 2 ildən sonra əsgərliyimi başa vurub qayıtdım Masallıya. Sonra burada Masallı Rayonlararası Mühafizə Bölməsində sahə rəisi vəzifəsində işlədim. Uzun müddət polisdə işləyə-işləyə də dədə-baba sənətimiz olan sandıqçılıqla məşğul oldum. İşdən sonra evdə sandıq düzəldirdim. Yəni, dediyim kimi bizdə sandıq ustası dədə- baba sənəti olduğu üçün sənəti atmadım. Atam da öz atası Məmmədəli Əzizovdan öyrənib işləyirdi. O vaxt sandıq ustası çox idi. Amma hamısı əla dolanırdı. Hamının müştərisi var idi. Lənkərandan, Yardımlıdan, Cəlilabaddan gəlib cehizlik sandıq alardılar. Sifarişlər də çox olardı. Atam, sonra isə mən işləyəndə də sifarişlər çox olardı. Sifarişləri Lənkəran və Cəlilabad bazarlarında sandıq satanlar edərdi. İndi də edirlər, amma sandıq alveri zəifləyib”

- Dediniz ki, sifariş Lənkəran və Cəlilabaddan olur. Bəs digər rayonlardan olmur?

— Dediyim kimi 40 ildir sənətdəyəm. Bütün Azərbaycandan sifarişlər olur. Amma sifarişlər azalıb, əvvəlki kimi deyil yəni. Əvvəl Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabaddan və yerli Masallı bazarından sifarişlər çox olardı. İndi bazar zəifləyib. Biz sandığın hazırlanması üçün şam ağacından istifadə edirik. Rəhmətlik atamla işləyən vaxt Lənkəranın o vaxtkı Port-İliç, indiki Liman şəhərində olan bazadan alardıq. Özü də 6-7 kub taxta alıb 2-3 ay işlədərdik. İndi isə 1-1.5 kub taxta alırıq. Bir sandıq təkbaşına işləsən bir günə başa gəlir. Mən də gördüyün kimi oğlumla bir yerdə işləyirəm. Əvvəllər o sənəti tam öyrənməmişdi. İndi isə özü sərbəst işləyir. Lakin yenə də işləyəndə işimizi bölürük. Taxtanın biri-birinə mismarlanıb sandıq forması almasını və dəmir üzlüklə üzlənməsini oğlum edir, içərisinin örtüklənməsi və üstünün rənglənməsini isə mən edirəm. Əvvəlcə sadə rəng vururuq, rəng quruyandan sonra isə bəzəyirik. Tam rənglə bəzədilmə işləri bitəndən sonra içərisini örtükləyirik. Belə işləyəndə bir günə 2 sandıq düzəldə bilirik. 

2 il əvvəl Masallıda Beynəlxalq Folklor Festivalı keçirilirdi. Məni ora dəvət etdilər, paytaxt Bakıda da bir çox sərgi və tədbirlərdə iştirak etmişəm. Mən ümumiyyətlə sandıq düzəldəndə üzərində toy atributları çəkilən sandıqlarla yanaşı, üzərində Azərbaycan bayrağı və başqa atributlar da çəkirəm. Bir dəfə də Bakıdan gəlib məndən üzərində ancaq Azərbaycan bayrağı olan sandıqları alıb getdilər. Masallıda keçirilən festivaldan sonra isə bəzi əcnəbi jurnalistlər emalatxanama gəlib çəkiliş edib, müsahibə aldılar. Gələnlər əsasən də qardaş Türkiyədən, Belarusdan və Baltikyanı ölkələrdən olan qonaqlar idi. Hamısı da gedəndə suvenir kimi sandıq alıb apardılar. 

© Sputnik / RAHIM ZAKIROGLUBizdə sandıqçılıq ata-babadan yadigar olan sənətdir.
Bizdə sandıqçılıq ata-babadan yadigar olan sənətdir - Sputnik Azərbaycan
1/7
Bizdə sandıqçılıq ata-babadan yadigar olan sənətdir.
© Sputnik / RAHIM ZAKIROGLUSandıq təkbaşına işləsən bir günə başa gəlir.
Sandıq təkbaşına işləsən bir günə başa gəlir - Sputnik Azərbaycan
2/7
Sandıq təkbaşına işləsən bir günə başa gəlir.
© Sputnik / RAHIM ZAKIROGLUSandığın hazırlanması üçün şam ağacından istifadə olunur.
Sandığın hazırlanması üçün şam ağacından istifadə olunur - Sputnik Azərbaycan
3/7
Sandığın hazırlanması üçün şam ağacından istifadə olunur.
© Sputnik / RAHIM ZAKIROGLUUsta Şərafət bildirdi ki, 8 nəfər şagirdi olub,onlardan yalnız oğlu Seyfəddin Əzizov qalıb sənəti davam etdirib.
Usta Şərafət bildirdi ki, 8 nəfər şagirdi olub,onlardan yalnız oğlu Seyfəddin Əzizov qalıb sənəti davam etdirib - Sputnik Azərbaycan
4/7
Usta Şərafət bildirdi ki, 8 nəfər şagirdi olub,onlardan yalnız oğlu Seyfəddin Əzizov qalıb sənəti davam etdirib.
© Sputnik / RAHIM ZAKIROGLUƏvvəlcə sadə rəng vurulur, rəng quruyandan sonra isə üzəri bəzədilir.
Əvvəlcə sadə rəng vurulur, rəng quruyandan sonra isə üzəri bəzədilir - Sputnik Azərbaycan
5/7
Əvvəlcə sadə rəng vurulur, rəng quruyandan sonra isə üzəri bəzədilir.
© Sputnik / RAHIM ZAKIROGLUŞərafət ustanın düzəltdiyi sandıqlar həm yerli həm də beynəlxalq sərgilərdə və festivallarda nümayiş etdirilib
Şərafət ustanın düzəltdiyi sandıqlar həm yerli həm də beynəlxalq sərgilərdə və festivallarda nümayiş etdirilib - Sputnik Azərbaycan
6/7
Şərafət ustanın düzəltdiyi sandıqlar həm yerli həm də beynəlxalq sərgilərdə və festivallarda nümayiş etdirilib
© Sputnik / RAHIM ZAKIROGLUƏvvəllər sandığın içərisi nazik metaldan hazırlanan şəbəkə ilə üzlənib bəzədilirdi.
Əvvəllər sandığın içərisi nazik metaldan hazırlanan şəbəkə ilə üzlənib bəzədilirdi - Sputnik Azərbaycan
7/7
Əvvəllər sandığın içərisi nazik metaldan hazırlanan şəbəkə ilə üzlənib bəzədilirdi.
1/7
Bizdə sandıqçılıq ata-babadan yadigar olan sənətdir.
2/7
Sandıq təkbaşına işləsən bir günə başa gəlir.
3/7
Sandığın hazırlanması üçün şam ağacından istifadə olunur.
4/7
Usta Şərafət bildirdi ki, 8 nəfər şagirdi olub,onlardan yalnız oğlu Seyfəddin Əzizov qalıb sənəti davam etdirib.
5/7
Əvvəlcə sadə rəng vurulur, rəng quruyandan sonra isə üzəri bəzədilir.
6/7
Şərafət ustanın düzəltdiyi sandıqlar həm yerli həm də beynəlxalq sərgilərdə və festivallarda nümayiş etdirilib
7/7
Əvvəllər sandığın içərisi nazik metaldan hazırlanan şəbəkə ilə üzlənib bəzədilirdi.

Biz ata-babadan dindar, Allaha bağlı ailə olmuşuq. Həmişə də hallalıqla iş görmüşük. Dəfələrlə olub, gəlib deyiblər ki, imkanım yoxdur sandığa filan qədər verim. Mən də sandığı pulsuz vermişəm. Bir sandığın savabına, həmin gün 3-4 sandıq satmışam. Yəni Allah əvəzini yetirir. Bir dəfə də Lənkəranın Separadi kəndindən bir qadın gəlib dedi ki, ”Qızım subaydır, onun bəxtinə bir sandıq sat mənə. Qızım nişanlansa, məndən sənə bir hədiyyə.” Mən sandığı satandan bir neçə gün sonra gördüm həmin qadın əlində hədiyyələrlər gəlib. Dedi ki, “qardaş, əlin yüngü oldu, sandığı alandan 3-4 gün sonra qızım nişanlandı, mən də söz verdiyim kimi sənə hədiyyə gətirdim.”

Usta Şərafət bildirdi ki, 8 nəfər şagirdi olub. Onlardan yalnız oğlu Seyfəddin Əzizov qalıb sənəti davam etdirib. Bunun başlıca səbəbi ata-baba sənəti olmasıdır. Digər 7 nəfər isə sənəti tam öyrənsələr də, davam etdirməyib başqa işlər görməyə üstünlük veriblər. Sandıqların qiymətlərini də ustadan soruşduq. Usta bildirdi ki, sandıqlar ölçüsünə görə 20 manatdan-100 manata qədər qiymətdə dəyişir. Usta xüsusilə vurğuladı ki, taxtaların tikinti bazarında qiymətinin bahalaşmasına baxmayaraq, onlar sandıqların qiymətlərini qaldırmayıblar. Çünki bazara çıxarılan sandıq satışında zəifləmə var.

Qeyd edək ki, respublika üzrə Şərafət ustaya ən çox sandıq düzəldilməsi üçün sifariş verənlər Bakı şəhərindən, bölgədə isə Lənkəran və Cəlilabaddan olur.

Xəbər lenti
0