BAKI, 26 may — Sputnik. Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 26-da axşam saatlarında rayonun Velədi kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 56 yaşlı Şəmsəddin Əli oğlu Məmmədov həmkəndlisi “Maçan” ləqəbli şəxs tərəfindən bıçaqlanıb.
Qarın və boyun nahiyələrində kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Ş.Məmmədova müvafiq tibbi yardım göstərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Hadisəni törətmiş şəxsin yaxalanması istiqamətində zəruri tədbirlər görülür.