BAKI, 26 may – Sputnik. Türkiyənin Mardin vilayətinin Nusaybin bölgəsində PKK terror təşkilatının 42 üzvü öz xoşluğu ilə polisə təslim olub.
Sputnik Haberler.com-a istinadən xəbər verir ki, mayın 26-da təslim olan terrorçular arasında yaralılar da var.
Məlumatda qeyd olunur ki, Nusaybində antiterror əməliyyatı bu ilin martın 14-dən başlayıb. Həmin tarixdən indiyə qədər bölgədə 437 terrorçu öldürülüb, 400 barrikada yığışdırılıb, 35 xəndək doldurulub, 1024 əldəqayırma partlayıcı aşkarlanaraq məhv edilib.
Xatırladaq ki, dünən də 26 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olmuşdu.