iPhone-la bağlı ilginc fakt

© SputnikPiter de Xoxun "Məktub" əsəri
Piter de Xoxun Məktub əsəri - Sputnik Azərbaycan
Abunə olmaq
Apple şirkətinin rəhbəri bu ideyanı 1670-ci ilə aid bir rəsm əsərindən götürdüyünü açıqlayıb

BAKI, 26 may — Sputnik. Apple şirkətinin rəhbəri Tim Kuk Amsterdamda keçirilən tədbir zamanı deyib ki, o, iPhone-nun şəklini 1670-ci ilə aid bir rəsm əsərində görüb. Sputnik CNBC-yə istinadla xəbər verir ki, Kukun həmsöhbəti, Avropa İttifaqının Antiinhisar siyasəti üzrə sabiq komissarı Neli Krus ona ilk iPhone-nin nə vaxt düşünüldüyü barədə sual verib.

Şirkətin rəhbəri bununla bağlı bütün tarixi danışıb: "Mən dünən əmin oldum ki, onun nə vaxt yarandığını bilirəm. Sonra Neli mənə Rembrantın rəsmini göstərdi və mən şoka düşdüm. Orada iPhone var idi!", — deyə Kuk bildirib.

Əslində Kuk Piter de Xoxun «Məktub» əsərini nəzərdə tutub. Orada qadına məktub gətirən qasid təsvir olunub. Ola bilsin Kuk məktubu əlinin içinə yerləşdirən kişiyə fikir verib və bu ideyanı götürüb. Qasid baş barmağını elə tutub ki, sanki telefonun "Home" düyməsini basır.

Xəbər lenti
0