BAKI, 26 may — Sputnik. Azərbaycan mimləri Gürcüstanda beynəlxalq festivalda iştirak edib. "Son ştrix" tamaşası ilə çıxış edən Azərbaycan Dövlət Pantomima Teatrının (ADPT) aktyorları hər kəsin alqışını qazana biliblər.
"Tamaşa bitəndən sonra tamaşaçılar bizi ayaq üstə alqışladılar. Tamaşadan sonra bizə yaxınlaşıb uğurlu çıxışımıza görə təşəkkür edənlər çox oldu. Bu, hər birimizin uğurudur", — deyə, ADPT-nin direktoru, əməkdar artist Elman Rəfiyev Sputnikə bildirib.
Əməkdar artist, Yaponiya, İsrail, Polşa pantomima teatrları ilə ilk dəfə tanış olduqlarını da qeyd edib: "Yeni teatrlarla tanış olduq. Bu tanışlıq yeni layihələrin, səfərlərin, festivalların gələcəkdə həyata keçməsinə səbəb olacaq".