BAKI, 26 may — Sputnik. Venesuela polisi narkomaniya ilə mübarizə çərçivəsində keçirdiyi əməliyyatda 4 ton kokain müsadirə edib. Sputnik Ria-ya istinadən xəbər verir ki, narkotik maddə ticarətçiləri ilə bağlı məlumatı polisə Taçira və Varqas şəhərlərinin sakinləri ötürüblər.
Polisin aşkarladığı külli miqdarda narkotik maddənin Meksikanın "Los Setas" narkokartelinə məxsus olması üzə çıxıb və 10 narkotik alverçisi saxlanılıb.
Ölkə polisinin məlumatına görə, ilin əvvəlindən bu günə kimi ölkədə 24.4 ton narkotik maddə müsadirə edilib. Hüquq-mühafizə orqanları tərəfindən narkotik maddələrin ticarəti ilə məşğul olan 450 nəfər saxlanılıb.