BAKI, 26 may — Sputnik. 1918-ci il mayın 26-da Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirilib.
Gürcü heyəti Zaqafqaziyanı vahid dövlətdə birləşdirməyin qeyri-mümkün olduğunu bildirərək federasiyadan çıxdıqlarını elan ediblər. Azərbaycan heyəti buna etiraz etməyib və Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul olunub.
Zaqafqaziya Federasiyasının cəmi bir ay mövcud olmasının əsas səbəblərindən biri də erməni tərəfin həm Azərbaycana, həm də Gürcüstana ərazi iddiaları idi. Mayın 26-da Gürcüstanın, iki gün sonra isə Azərbaycan və Ermənistanın müstəqilliyi elan edildi.