Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın maliyyə naziri BVF-nun baş direktoru ilə görüşüb

© AZƏRTACMaliyyə naziri Samir Şərifov, Министр Финансов Самир Шарифов
Maliyyə naziri Samir Şərifov, Министр Финансов Самир Шарифов - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Şərifov Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən IX Astana İqtisadi Forumuna qatılıb.

BAKI, 25 may — Sputnik. Azərbaycanın maliyyə naziri Samir Şərifov Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən IX Astana İqtisadi Forumuna qatılıb. 

Maliyyə Nazirliyindən verilən məlumata görə, nazir forum çərçivəsində Cənubi Qafqaz, Mərkəzi Asiya və digər dövlətlərin iştirakı ilə təşkil olunan regional iqtisadi "dəyirmi masa"da iştirak edib. 

Qazaxıstanın baş naziri Kərim Məsimov və Beynəlxalq Valyuta Fondunun (BVF) baş sərəncamçı direktoru xanım Kristin Laqardın sədriliyi ilə düzənlənmiş konfransda region ölkələrinin üzləşdiyi qlobal maliyyə böhranının yeni dalğasının fəsadları nəzərdən keçirilib, yaranmış çağrışlar ətrafında müzakirələr aparılıb. 

Müzakirələrdə iştirak edən S.Şərifov Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi altında xarici iqtisadi şokların ölkənin makroiqtisadi vəziyyətinə mənfi təsirlərini yumşaltmaq məqsədilə görülən tədbirlər, eləcə də həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat verib.

Konfrans çərçivəsində S.Şərifov BVF-nun baş sərəncamçı direktoru Kristin Laqard ilə görüşüb. Görüş zamanı Azərbaycanın makroiqtisadi vəziyyətinin tarazlaşdırılması, neftin qiymətinin azalması şəraitində qonşu dövlətlərdə aparılmış kəskin devalvasiya tədbirləri ilə bağlı olaraq yerli istehsalçıların maraqlarının, habelə ölkənin valyuta ehtiyatlarının qorunması məqsədiylə milli valyutanın məzənnəsinin dəyişmiş makroiqtisadi mühitə uyğunlaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılmış addımlar BVF tərəfindən dəstəklənib. Eyni zamanda, BVF ilə Azərbaycan hökuməti arasında IV Maddə üzrə məsləhətləşmələr missiyasının hazırda Azərbaycanla texniki əməkdaşlıq sahəsində mövcud əlaqələri müzakirə etdiyi qeyd olunub və bu əməkdaşlığın davam etditilməsinin əhəmiyyəti vurğulanıb, aparılan iqtisadi islahatlarda BVF tərəfindən müvafiq ekspertlərin iştirakı və lazimi texniki dəstəyin göstərilməsinə qarşılıqlı maraq ifadə olunub

Xəbər lenti
0