İsraildə yeni siyasi vəziyyət yarandı

© Photo : AMOS BEN GERSHOM, GPOAviqdor Liberman və Benyamin Netanyahu
Aviqdor Liberman və Benyamin Netanyahu - Sputnik Azərbaycan
Abunə olmaq
"Evimiz İsrail" partiyasının koalisiyada iştirakla bağlı şərtlərinin əks olunduğu sənədlər təsdiq olunması üçün Knessetə göndəriləcək.

BAKI, 25 may – Sputnik. “Evimiz İsrail” partiyası hakim koalisiyaya qoşulmaq və lideri Aviqdor Libermanın müdafiə naziri postunu tutmasıyla nazirlər kabinetində iştirak etmək barədə saziş imzalayıb.

Sputnik RİA-ya istinadən xəbər verir ki, İsrail televiziyaları Liberman və baş nazir Benyamin Netanyahunun iştirak etdiyi imzalama mərasimini canlı yayımlayıb.

"Evimiz İsrail" partiyasının koalisiyada iştirakla bağlı şərtlərinin əks olunduğu sənədlər təsdiq olunması üçün Knessetə göndəriləcək. A.Libermanın növbəti həftə yeni vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Qeyd edək ki, Moldova əsilli siyasətçi B.Netanyahunun hakimiyyəti dövründə iki dəfə Xarici İşlər Nazirliyinə başçılıq edib, amma 2015-ci ildəki seçkilərdən sonra müxalifətə qoşulub.

Xəbər lenti
0