Türkiyə, Azərbaycan və Gürcüstan Qafqazda hərbi ittifaq yaradır?

© Photo : worldmedia.az/Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri - Sputnik Azərbaycan
Abunə olmaq
Ahmet Akaydın: Qafqaz bölgəsinə nəzarət uzun əsrlərdir Rusiyanın əlindədir. Yəni, Rusiyanı yox sayaraq burda mini NATO yaratmaq ağlabatan deyil.

BAKI, 24 may – Sputnik. Mayın 15-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında təkbətək və üçtərəfli formatda görüş olub.

Sputnik xəbər verir ki, görüşdən sonra keçirilən birgə mətbuat konfransında general-polkovnik Zakir Həsənov bildirib ki, üç ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyətinin artırılması və hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məqsədəuyğun hesab olunub. O qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində üçtərəfli Anlaşma Memorandumunun imzalanması da nəzərdə tutulur.

Mövzunu Sputnik üçün şərh edən türk politoloq Ahmet Akaydın, hər üç dövləti birləşdirən ortaq maraqların olduğunu qeyd edib. 

Истребители турецких ВВС. Архивное фото - Sputnik Azərbaycan
Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli birgə təlimlər keçirəcək

“Bu regionda çox ciddi enerji layihələri var. Azərbaycan, Gürcüstan və Türkiyə bu layihələrə külli miqdarda sərmayə qoyub. Milyardlarla dollar pul xərcləyib. Onu qoruyub saxlamaq da bu 3 dövlətin işidir. Bunun üçün hərbi birlik şərtdir. Sizin müdafiə nazirinizin dediklərində mən qəribə heç nə görmürəm. Bu addımın Rusiyaya qarşı olduğunu da düşünmürəm. Azərbaycanın Rusiya ilə güclü əlaqələri var. Mən inanmıram ki, rəsmi Bakı bu əlaqələri korlamaq istəsin. Sadəcə olaraq, neft kəmərlərini bu 3 ölkə çəkib, onu qorumaq da bu 3 ölkənin işi olmalıdır” – deyə, A.Akaydın əlavə edib. 

Bəzi gürcü politoloqların “Qafqazda 3 ölkənin NATO-ya bənzər hərbi birliyi qurulsun” fikrinə də münasibət bildirən politoloq, bunun gerçəkləşməsinin çətin olduğunu deyib:

“Açıq etiraf etmək lazımdır ki, Qafqaz bölgəsinə nəzarət uzun əsrlərdir Rusiyanın əlindədir. Yəni, Rusiyanı yox sayaraq burda mini NATO yaratmaq ağlabatan deyil. Bəlkə qulağa xoş gələ bilər, amma bu tip mexanizmləri işə salmaq üçün möhkəm təmələ ehtiyac var. Nəzərə almaq lazımdır ki, həm Azərbaycan həm də Gürcüstan işğal faktorundan əziyyət çəkir. Və hər iki ölkə çalışır ki, ərazi bütövlüyünü bərpa etsin. Bu cür addımlar nə Tiflis hökumətinin nə də rəsmi Bakının maraqlarına uyğun deyil”.  


Xəbər lenti
0