BAKI, 25 may — Sputnik. Azərbaycan mətbuatının 141 illiyi ərəfəsində jurnalistlərə ev verilməyəcək.
Bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O bildirib ki, jurnalistlər üçün yeni binanın tikintisi davam edir: "Tikintinin bu ilin sonuna kimi başa çatması planlaşdırılır. Mənzillərin jurnalsitlərə paylanması məsələsinə bundan sonra baxılacaq".
Qeyd edək ki, artıq bir bina tikilərək mətbuat nümayəndələrinə paylanıb.