İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 25 may — Sputnik. Günlərdir bölgədə yağan leysan yağışlar nəticəsində, Gəncə çayında suyun səviyyəsi qalxıb və gecə saatlarında çayın sol sahilində yerləşən 10-a yaxın evi su basıb. Sputnik-in bölgə müxbiri xəbər verir ki, güclü sel suları çayın sol tərəfində qurulan torpaq bəndi yuyaraq yaşayış evlərinin həyətlərinə dolub.
© Sputnik / Ilham MustafaYağış və qrunt sularının küçələrə dolmaması üçün çəkilmiş xəttlərin ləğvi sakinlərin evlərini su altında qoyub
Yağış və qrunt sularının küçələrə dolmaması üçün çəkilmiş xəttlərin ləğvi sakinlərin evlərini su altında qoyub
© Sputnik / Ilham Mustafa
Evlərin bəziləri qəzalı vəziyyətə düşüb. Vəziyyətin gərginləşdiyini görən sakinlər evlərini tərk ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub. Hazırda suyun istiqaməti dəyişdirilib vəyaşayış evlərinin həyətlərinə dolan su xüsusi qurğularla təmizlənir.