Tanınmış şərhçidə xərçəng xəstəliyi aşkarlanıb

© cityofhope.orgXərçəng xəstəliyi
Xərçəng xəstəliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Dərhal cərrahiyyə əməliyyatı olunan mütəxəssisin durumunun yaxşı olduğu açıqlanıb.

BAKI, 24 may — Sputnik. Bu yaxınlarda vəziyyəti pisləşərək xəstəxanaya aparılan tanınmış türkiyəli futbol şərhçisi Rıdvan Dilmənin durumuna aydınlıq gəlib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, sabiq futbolçuda xərçəng xəstəliyi aşkarlanıb.

Bunu Dilmən özü “Sabah” qəzetindəki köşə yazısında vurğulayıb. Onun sözlərinə görə, aparılan həkim müayinəsindən sonra boynunda şiş olduğu üzə çıxıb. Dərhal cərrahiyyə əməliyyatı olunan mütəxəssisin durumunun yaxşı olduğu açıqlanıb. Müayinənin nə qədər davam edəcəyi isə əməliyyatdan sonra keçiriləcək tibbi yoxlanışdan sonra müəyyənləşəcək.

Dilmən yazısında onu sevənlərin duasına ehtiyacı olduğunu vurğulayıb: “Dəyərli oxucularımın bilməli olduğu bir vəziyyət var. Yəqin ki, bir neçə gün ərzində açıqlanacaq xəstəliyim var. Boynumda narahatlıq hiss etdim. Əvvəlcə sizin bilmənizi istədim. 3 ay ərzində aparılacaq müayinə dövründə yazılarımla sizlərin görüşünə gələcəm. Yenidən sağlam və xoşbəxt şəkildə sizlərlə birlikdə olmağı diləyirəm. Həkimlərimiz sayəsində bu vəziyyətdən çıxacağıma inanıram. Dualarınız yaxşı olacağımı bilirəm. Sizlərin dəstəyi ilə güclü olacağam”.

Xəbər lenti
0