BAKI, 24 may — Sputnik. Fransa polisi hazırda "Google" şirkətinin paytaxt Parisdəki qərargahında axtarış həyata keçirir. Sputnik RİA-ya istinadən xəbər verir ki, axtarışlar vergidən yayınma hallarına görə aparılır.
"Əməliyyat maksimum dərəcədə məxfilik şəraitində həyata keçirilir", — deyə məlumatda bildirilir.
Xatırladaq ki, fevralın sonunda Fransa mediasında, hökumətin "Google" şirkətindən, 1,6 milyard avro məbləğində vergidən yayınma halı üzrə şübhələnməsi ilə bağlı məlumat yayılmışdı.