Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rusiya-Ukrayna sərhədində ATƏT polisi keşik çəkərsə...

© AFP 2024 / ANATOLII STEPANOVDonbass batalyonunun səyyar atıcısı.Arxiv şəkli
Donbass batalyonunun səyyar atıcısı.Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Moskva Ukrayna ilə sərhəddə ATƏT-in polis missiyasının yerləşdirilməsi təklifini dəstəkləyib. Lakin ekspertlər Kremlin, bunun qarşılığında xüsusi şərtlər irəli sürəcəyini istisna etmirlər.

BAKI, 24 may — Sputnik. Rusiya, Almaniya, Fransa və Ukraynanın təmsil olunduğu "Normand dördlüyü" liderləri Ukraynanın şərqində ATƏT-in polis missiyasının yerləşdirilməsi məsələsini müzakirə ediblər. Tərəflər bununla bağlı məsləhətləşmələrə başlamaq barədə qərar qəbul ediblər.

Sputnik-in xəbərinə görə, Ukrayna Prezidentinin mətbuat xidmətindən məsələ ilə bağlı geniş açıqlama verilib. Məlumata görə, prezident Pyotr Poroşenko son günlər Avdeevka şəhəri ətrafında vəziyyətin gərginləşməsinə diqqət çəkərək, Rusiyanı Donbass bölgəsinə silah və muzdlu döyüşçülər göndərməməyə çağırıb. O, həmçinin iki ölkə sərhədində nəzarətin bərpa olunmasının vacibliyini də vurğulayıb.

© Sputnik / Murad OrucovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə  - Sputnik Azərbaycan
Politoloq İlqar Vəlizadə

Lakin maraqlıdır ki, Ukraynanın iddialarının əksinə olaraq rəsmi Kreml Donbass ərazisinə Rusiyadan nə silah, nə də döyüşçü keçdiyini açıqlayıb. Üstəlik Rusiya hökuməti Ukrayna ilə sərhəddə, ATƏT-in polis missiyasının yerləşdirilməsi təklifini də dəstəkləyib.

Mövzunu Sputnik-ə dəyərləndirən politoloq İlqar Vəlizadə iki ölkə sərhədinə ATƏT polislərinin yerləşdirilməsi təklifini müsbət qiymətləndirir: "Rusiya özü də başa düşür ki, Avropa İttifaqı ilə əlaqələrində hansısa dönüş yaratmaq üçün şərqi Ukraynadakı vəziyyətə əl gəzdirməlidir, öz siyasətində dönüş etməlidir. Bunun üçün təklif olunan variantların içində ən münasibi bölgəyə polis qüvvələrinin yerləşdirilməsidir".

Lakik politoloq iddia edir ki, ATƏT polislərinin sərhədə yerləşməsi prosesi elə də asan olmayacaq: "Çünki Rusiya bunun baş tutması üçün öz şərtlərini irəli sürəcək. Avropanın bu təklifinə Rusiyanın qeyd-şərtsiz icazə verəcəyini, təslim olacağını söyləmək sadəlövhlük olar. Rəsmi Kreml bunu şərti olaraq qəbul edir. O demək deyil ki, günü sabahdan ora polislər yerləşəcək".

"Çünki orada mexanizm tətbiq eləmək lazımdır. Və həmin mexanizmlə bağlı xüsusi danışıqlar aparılmalıdır. Danışıqlarda da Rusiya öz şərtlərini irəli sürəcək", — deyə təhlilçi qeyd edib.

Onun fikrincə, bu şərtlər müxtəlif ola bilər. Misal üçün polisə nəzarət eləmək üçün ayrıca bir təklif verəcəyini düşünürəm. Bölgəyə yerləşdiriləcək polislərin tərkibində tərəflərdən nümayəndələr ola bilər. Ayrıca, Avropa Birliyi ölkələri də Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasında maraqlı deyil".

© Photo : STRZərdüşt Əlizadə, politoloq
Zərdüşt Əlizadə, politoloq - Sputnik Azərbaycan
Zərdüşt Əlizadə, politoloq

Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə isə, sanksiya məsələsinin əsas tərəfi Krım yarımadası ilə əlaqələdir. "Rusiya bundan sonra heç vaxt fikrindən dönüb Krımı qaytara bilməz", — deyə politolo Sputnik-ə açıqlamasında bildirib.

ATƏT-in bölgəyə polis missiyası yerləşdirməsi məsələsinə toxunan təhlilçinin fikrincə, Rusiya bu addıma dəstək versə də, tanınmayan "Donetsk Respublikası"nın lideri Zaxarçenko bunu qəbul etməyib: "Zaxarçenko Normand dördlüyünün qərarını rədd edərək, bunu daxili işlərinə müdaxilə kimi qiymətləndirib. Sözsüz ki, bu, onların öz fikri deyil. Onlar birbaşa Kremldən göstəriş alaraq bunu deyirlər".

Qeyd edək ki, bu gün səhər Vladimir Putin, Angela Merkel, Fransua Olland və Pyotr Poroşenko Minsk razılaşmasının yerinə yetirilməsini müzakirə ediblər.

Xəbər lenti
0