Bu da Türkiyə hökumətinin yeni tərkibi

© AP PhotoBinəli Yıldırım
Binəli Yıldırım - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir Binəli Yıldırım hökumətin yeni siyahısını Rəcəb Tayyib Ərdoğana təqdim edib və kabinetin tərkibi təsdiqlənib. Yeni kabinetin Prezident tərəfindən təsdiq edilməsindən sonra hökumət proqramı məclisdə oxunacaq.

BAKI, 24 may — Sputnik. Türkiyənin Nazirlər Kabinetinin yeni tərkibi açıqlanıb. Baş nazir Binali Yıldırım hökumətin yeni siyahısını prezident Ərdoğana təqdim edib və Prezident kabinetin tərkibini təsdiqləyib.

Beləliklə, Sputnik milliyet-ə istinadən, uzun zamandan bəri maraqla gözlənilən 65-ci hökumətin yeni tərkibini təqdim edir:

Baş nazir: Binəli Yıldırım
Baş nazir müavini: Nurettin Canikli
Baş nazir müavini: Mehmet Şimşek
Baş nazir müavini: Numan Kurtulmuş
Baş nazir müavini: Yıldırım Tuğrul Türkeş
Baş nazir müavini: Veysi Kaynak
Ədalət naziri: Bekir Bozdağ
Ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya
Avropa Birliyi naziri: Ömer Çelik
Elm, sənaye və texnologiya naziri: Faruk Özlü
Əmək və sosial müdafiə naziri: Süleyman Soylu
Ekologiya və şəhərsalma naziri: Mehmet Özhaseki
Xarici işlər naziri: Mövlud Çavuşoğlu
İqtisadiyyat naziri: Nihat Zeybekçi
Enerji və təbii qaynaqlar naziri: Berat Albayrak
Gənclik və idman naziri: Akif Çağatay Kılıç
Qida, əkinçilik və heyvandarlıq naziri: Faruk Çelik
Gömrük və ticarət naziri: Bülent Tüfenkçi
Daxili İşlər naziri: Efkan Ala
İnkişaf naziri: Lütfi Elvan
Mədəniyyət və turizm naziri: Nabi Avcı
Maliyyə naziri: Naci Ağbal
Milli təhsil naziri: İsmət Yılmaz
Milli müdafiə naziri: Fikri Işık
Meşə və su işləri naziri: Veysel Eroğlu
Səhiyyə naziri: Recep Akdağ
Kommunikasiya, dənizçilik və rabitə naziri: Ahmet Arslan

Vəzifəsi dəyişən nazirlər

Fikri Işık (elm, sənaye və texnologiya naziri idi, milli müdafiə naziri oldu)
Lütfi Elvan (Baş nazir müavini idi, inkişaf naziri oldu)
Nabi Avcı (milli təhsil naziri idi, mədəniyyət və turizm naziri oldu)
İsmət Yılmaz (milli müdafiə naziri idi, milli təhsil naziri oldu)

Yeni gələnlər

Veysi Kaynak (Baş nazir müavini)
Faruk Özlü (Elm, sənaye və texnologiya naziri)
Mehmet Özhaseki (Ətraf və şəhərsalma üzrə naziri)
Rəcəb Akdağ (Səhiyyə naziri)
Ahmet Arslan (Kommunikasiya, dənizçilik və rabitə naziri)
Fatma Betül Kaya (Ailə və sosial siyasətlər naziri
Ömer Çelik (Avropa Birliyi naziri)
Nihat Zeybekci (İqtisadiyyat naziri)
Nurettin Canikli (Baş nazir müavini)

Yeni kabinetin Ərdoğan tərəfindən təsdiq edilməsindən sonra hökumət proqramı məclisdə oxunacaq. Proqramın oxunmasından sonra məclisdə hökumətə etimad səsverməsi keçiriləcək.

Xəbər lenti
0