BAKI, 24 may — Sputnik. "Azərbaycanda seriallar və komediya janrı sürətlə inkişaf edir. Ən əsası çəkilişlər üçün sponsor tapmaq asan olur".
Bunu Sputnik-ə açıqlamasında aktyor Sain Fərhad deyib. Amma o, dramatik janrda çəkilən filmlərin vəziyyətinin ürəkaçan olmadığını qeyd edib: "Aktyor və rejissorlar günlərlə işləyib qısametrajli filmlər çəksələr də, zəhmətlərinin bəhrəsini görə bilmirlər. Bir neçə qısa metrajlı film çəkmişik. Hətta sonuncu çəkdiyimiz filmi beynəlxalq festivala göndərmək fikrindəyik".
"O ki qaldı qazanca, sevərək gördüyümüz işdir. Amma hələ maddi gəlir əldə edə bilməmişik. Sponsor tapılsa, daha güclü və tam metrajlı filmlər çəksək, daha böyük uğurlar əldə edə bilərik".